ABŞ İrana yeni zərbələr endirdi – VİDEObackend

ABŞ İrana yeni zərbələr endirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı yaxınlığında İranın raket sistemlərinə, hava hücumundan müdafiə komplekslərinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) katerlərinə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, “Axios” portalının jurnalisti Barak Ravid ABŞ administrasiyasının nümayəndəsinə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.

Bundan əvvəl “Fars” agentliyi yerli sakinlərə istinadən Bəndər-Abbas şəhəri və Keşm adası yaxınlığında bir neçə partlayış səsinin eşidildiyini bildirmişdi.

“Mehr” agentliyinin məlumatına görə, partlayış səsləri Hörmüz boğazında baş verən atışma ilə əlaqəli ola bilər.

Keşm adasının qubernatoru Hüseyn Əmir Teymuri isə bildirib ki, ABŞ tərəfindən adaya 10-11 raket buraxılıb və hücum nəticəsində ölən olmayıb.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində təxminən 140 hədəfə zərbə endirdiyini açıqlamışdı. Bildirilmişdi ki, əməliyyat Hörmüz boğazında kommersiya gəmisinə endirilən zərbəyə cavab olaraq həyata keçirilib.

İran isə öz növbəsində Yaxın Şərqdəki ABŞ obyektlərinə raket zərbələri endirib. Bəhreyn, Qətər, Küveyt, BƏƏ və Oman İran tərəfindən həyata keçirilən hava hücumlarının dəf edildiyini açıqlayıblar.