Abşeron rayonu ərazisində güclü yanğın başlayıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları hadisə yerinə cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

