Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Editor.az APA-ya istinadən bildirir ki, qəza aeroport yolunda qeydə alınıb. Yolda “Hyundai” və “Toyota Prius” markalı avtomobillər toqquşub.
TƏBİB bu gün Bakıda, aeroport yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti barədə məlumat yayıb.
Qurumdan verilən məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər (1 qadın, 2 kişi) TƏBİB-in tabeliyindəki 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Fakt araşdırılır.



