ABŞ Maliyyə Nazirliyi İrana qarşı təzyiq kampaniyası çərçivəsində Türkiyənin maliyyə qurumlarından birinə və onun iki törəmə şirkətinə sanksiya tətbiq edib.
Editor.az xəbər verir ki, Reuters yazır ki, Vaşinqton həmin qurumları İranın maliyyə fəaliyyətinə dəstək göstərməkdə ittiham edir.
ABŞ tərəfi sanksiyaların İranın beynəlxalq maliyyə sistemindən istifadə imkanlarını məhdudlaşdırmağa yönəldiyini bildirir.
Qərar Ankara ilə Vaşinqton arasında iqtisadi münasibətlər baxımından da diqqət çəkir.
Türkiyə İranla qonşu ölkə kimi enerji və ticarət əlaqələrinə malikdir və yeni ABŞ sanksiyaları regiondakı maliyyə əməliyyatlarına əlavə təzyiq yarada bilər.
//Samir Qurbanov, Editor.az

