Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb – VİDEObackend

Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner, həmçinin onları müşayiət edən Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin olduğu kortej Kremlə gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, danışıqçıların Moskvada görüşdən sonra Ukraynaya yola düşmələri planlaşdırılır.

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-ın müxbiri ABŞ-li rəsmilərin olduğu xüsusi təyyarənin eniş etdiyi Moskvanın “Vnukovo” hava limanından məlumat verib.

Məlumata görə, hava limanında Uitkoff və Kuşneri Rusiya Prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, ABŞ emissarları Uitkoff və Kuşner Rusiyada həmişə arzuolunan qonaqlardır və Moskva məmnuniyyətlə onlarla işləyir.

Göyərtəsində ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin ola biləcəyi biznes-jet Moskvaya enib.

Oxu.Az-ın “İnterfaks” agentliyinə istinadən xəbərinə görə, bu barədə aviasiya xidmətlərindən məlumat verilib.

“Təyyarə “Vnukovo” hava limanına eniş edib”, – deyə mənbə agentliyə bildirib.

Xatırladaq ki, ötən gün Uitkoff və Kuşnerin bu həftəsonu Ukraynadakı münaqişənin nizamlanması yollarını müzakirə etmək üçün Moskva və Kiyevə səfərlərinin planlaşdırıldığı ilə bağlı məlumat yayılmışdı.

ABŞ Prezidenti Donald Tramp Ukraynada nizamlama üzrə danışıqlar aparmaq üçün xüsusi elçiləri göndərdiyini açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun mümkün sülh sazişi ilə bağlı yeni ideya ağlına gəlib.

Uitkoff və Kuşner sonuncu dəfə yanvar ayında Moskvaya səfər ediblər və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıblar.