ABŞ iqtisadiyyatında avqust ayında əmək bazarının gözləniləndən daha güclü nəticə göstərdiyi bildirilir.
Editor.az xəbər verir ki, Financial Times-ın məlumatına görə, ölkədə avqust ayında 162 min yeni iş yeri yaradılıb.
Güclü məşğulluq göstəriciləri Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilərə də təsir göstərib. Analitiklər güclü əmək bazarının inflyasiya təzyiqlərinin tam aradan qalxmadığı barədə siqnal verə biləcəyini və bunun Federal Ehtiyat Sisteminin gələcək qərarlarında nəzərə alınacağını düşünürlər.
Əmək bazarındakı müsbət dinamika ABŞ iqtisadiyyatının dayanıqlığını göstərsə də, yüksək faiz dərəcələrinin daha uzun müddət qüvvədə qalması ehtimalını da artırır.
//Samir Qurbanov, Editor.az

