İsraildə Qəzza ilə bağlı yeni çağırış: fələstinlilər köçürülsünbackend

İsraildə Qəzza ilə bağlı yeni çağırış: fələstinlilər köçürülsün

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökumətindəki bəzi sağçı siyasətçilər Qəzza zolağında yaşayan fələstinlilərin ərazidən çıxarılması ideyasını yenidən gündəmə gətiriblər.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, İsrailin iki naziri bu həftə fələstinlilərin Qəzzadan kütləvi şəkildə çıxarılması ilə bağlı təkliflər səsləndirib. Bu açıqlamalar İsraildə seçki kampaniyasının yaxınlaşdığı bir vaxtda siyasi müzakirələri daha da kəskinləşdirib.

Məsələ beynəlxalq səviyyədə də həssas mövzu olaraq qalır. Fələstinlilərin məcburi köçürülməsi ilə bağlı istənilən plan beynəlxalq hüquq və humanitar nəticələr baxımından ciddi mübahisələr doğura bilər.

//Samir Qurbanov, Editor.az