SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİbackend

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Editor.az a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi, Xocavənddə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.