Yəmən hakimiyyəti İrana və Ənsar Allaha (Husilər) heç vaxt Qırmızı dənizi Ədən körfəzi ilə Ərəb dənizində birləşdirən Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə icazə verməyəcək.
Bunu Yəmən Prezident İdarəetmə Şurasının sədri Rəşad əl-Əlimi deyib. Onun sözlərini Əl-Hadath TV-nin sitat yayıb: “Husi qüvvələri Bab əl-Məndəb boğazına yaxınlaşmağı düşünsələr, ciddi itkilərlə üzləşəcəklər”.
O, ölkəsinin “heç bir halda İrana və Tehrana bağlı Husilərə Bab əl-Məndəbi nəzarət etməyə icazə verməyəcəyini” vurğulayıb.
Musavat.com

