Türkmənistan prezidenti MDB liderlərinə niyə zəng edir?backend

Türkmənistan prezidenti MDB liderlərinə niyə zəng edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistan MDB-nin ali səviyyəli görüşünə hazırlaşır. 

MDB-nin İqtisadi Şurasının növbəti, 111-ci iclasının sentyabrın 11-də Aşqabadda keçirilməsi planlaşdırılır.

Bu toplantı isə oktyabrda keçiriləcək MDB Dövlət Başçıları Şurasının sammitinə hazırlıq baxımından xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən, MDB-nin İqtisadi Şurasında Azərbaycanı baş nazirin birinci müavini, ötən il 80 yaşı tamam olan Yaqub Eyyubov təmsil edir. İqtisadi Şura iclasını sammitə aparan hazırlıq mərhələlərindən biri kimi qiymətləndirmək mümkündür. İqtisadi gündəlikdə nəqliyyat, sənaye, yüksək texnologiyalar və maliyyə məsələlərinin önə çıxması oktyabr görüşündə dövlət başçıları səviyyəsinə çıxarıla biləcək qərarların iqtisadi və nəqliyyat əməkdaşlığı ilə sıx bağlı olacağını göstərir. 

Məlumdur ki, Türkmənistan 2026-cı ildə MDB-yə sədrlik edir və təşkilatın əsas tədbirlərinə ev sahibliyi edir. Hazırkı məlumata görə, MDB Dövlət Başçıları Şurasının növbəti sammiti oktyabrın 9-da Türkmənistanın Xəzər sahilində yerləşən “Avaza” Milli Turizm Zonasında keçiriləcək. Bu tarix MDB İcraiyyə Komitəsinin məlumatlarında və Türkmənistanın rəsmi qurumlarının açıqlamalarında da təsdiqlənir.

Ermənistanın baş naziri Nikol Paşinyan 9 oktyabrda Türkmənistanda keçiriləcək MDB sammitində iştirakını təsdiqləyib. Türkmənistan televiziyasında yayımlanan “Vətən” xəbər proqramına əsasən, Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın MDB Dövlət Başçılarının Zirvə Toplantısında iştirakını təsdiqləyib.

Bu barədə Nikol Paşinyanla Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov arasında telefon danışığı zamanı məlumat verilib. “Baş nazir Nikol Paşinyan dəvətə görə təşəkkür edərək, Türkmənistanın regionda davamlı inkişafın gücləndirilməsinə yönəlmiş xarici siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəkləndiyini qeyd etdi və həmçinin Ermənistanın bu sammitdə fəal iştirak edəcəyini bildirdi.” deyə, məlumatda bildirilir. Belə görünür ki, türkməni lideri həmin tarixədək digər MDB liderləri ilə şəxsən danışıb sammitə rəsmi dəvət edəcək.

post-img

Sammitin gündəliyi hələ tam açıqlanmasa da, Türkmənistanın sədrliyi çərçivəsində iqtisadi və nəqliyyat əlaqələrinin, regional sabitliyin, qarşılıqlı ticarətin və əməkdaşlığın genişləndirilməsinin əsas istiqamətlərdən olması gözlənilir. Sentyabr iclasında hazırlanacaq sənədlərin bir hissəsinin hökumət başçıları səviyyəsinə çıxarılması isə oktyabr sammiti üçün iqtisadi blokun formalaşdırılmasında mühüm mərhələ ola bilər.

Başqa sözlə, hazırda Aşqabadda təkcə sentyabr toplantısına deyil, MDB liderlərinin oktyabr görüşünə də hazırlıq gedir. Sammitin artıq konkret tarix və məkanının müəyyənləşdirilməsi isə bu hazırlığın formal niyyət deyil, praktiki mərhələyə keçdiyini göstərir.

Musavat.com