Həsən Ruhaniyə cinayət işi açıla bilərbackend

Həsən Ruhaniyə cinayət işi açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın keçmiş prezidenti Həsən Ruhaniyə qarşı cinayət işinin açılmasına çağırış edilib.

Editor.az  Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzeti yazıb.

Həsən Ruhaninin Hörmüz boğazı ilə bağlı açıqlamalarını tənqid edən nəşr qeyd edib: “Onun sözləri Amerikanın maraqlarına xidmət edir. Amerikanın maraqlarını təmin edən şəxslərin məhkəmə qaydasında təqib olunmalıdır”.

ABŞ və İranın Hörmüz boğazındakı silahlı qarşıdurmasına qarşı çıxan Ruhani bildirmişdi ki, bu su yolu fəal və işlək vəziyyətdə olmalı, dünya ticarətinin pozulmasına yol verilməməlidir.