Almaniyada iki tramvay toqquşdu: azı 30 nəfər xəsarət aldıbackend

Almaniyada iki tramvay toqquşdu: azı 30 nəfər xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın qərbində yerləşən Gelsenkirxen şəhərində iki tramvayın toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

Editor.az xəbər verir ki, hadisə şəhər mərkəzində, “Veltins Arena” stadionunun yaxınlığında baş verib.

İlkin məlumata görə, təlim keçən sürücünün idarə etdiyi tramvay qəfil əyləc tətbiq edib. Onun arxasınca hərəkət edən sərnişin tramvayı isə vaxtında dayana bilməyərək önündəki nəqliyyat vasitəsinə çırpılıb.

Polisin açıqlamasına əsasən, xəsarət alanlardan yeddisinin vəziyyəti ağırdır. Üç nəfərin isə həyati təhlükə ilə üzləşdiyi bildirilir. (

Hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır. Toqquşmanın baş verdiyi ərazi müvəqqəti olaraq bağlanıb, həmin istiqamətdə tramvayların hərəkəti dayandırılıb.

//Gülnarə Abasova, Editor.az