Polşa Rusiyanın raketlərini Ukrayna səmasında vurmağı müzakirəyə çıxarırbackend

Polşa Rusiyanın raketlərini Ukrayna səmasında vurmağı müzakirəyə çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada Rusiyanın Ukraynaya buraxdığı raketlərin hələ Ukrayna hava məkanında olarkən məhv edilməsi məsələsi yenidən gündəmə gəlib.

Polşanın baş nazirinin müavini və xarici işlər naziri Radosław Sikorski bildirib ki, Rusiyanın raketlərini Polşa sərhədinə yaxınlaşana qədər gözləmək əvəzinə, onların Ukrayna üzərində zərərsizləşdirilməsinin daha effektiv olub-olmayacağı ciddi şəkildə müzakirə edilməlidir.

Nazirin sözlərinə görə, bu məsələ ölkənin milli təhlükəsizliyi ilə bağlıdır və daxili siyasi qarşıdurmanın predmetinə çevrilməməlidir. O vurğulayıb ki, mövzu emosiyalarla deyil, hərbi və hüquqi aspektlər nəzərə alınmaqla peşəkar şəkildə qiymətləndirilməlidir.

Sikorski hesab edir ki, Rusiyanın Ukraynaya raket hücumlarının davam etdiyi bir vaxtda Polşa və müttəfiqləri regional hava təhlükəsizliyinin gücləndirilməsi üçün bütün mümkün variantları nəzərdən keçirməlidirlər.

//Samir Qurbanov, Editor.az