Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

