Tramp Pentaqon rəhbərinə dəstəyini təsdiqlədibackend

Tramp Pentaqon rəhbərinə dəstəyini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin fəaliyyəti ilə bağlı mediada yayılan narazılıq iddialarını qətiyyətlə təkzib edib.

Tramp Truth Social platformasında paylaşdığı açıqlamada Pentaqon rəhbərinin işindən tam razı olduğunu bildirib. O, Pit Heqsetin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq, onun vəzifəsini uğurla yerinə yetirdiyini qeyd edib.

Bununla da ABŞ prezidenti son günlər bəzi media orqanlarında yayılan, guya Heqsetin fəaliyyətindən narazı olduğu barədə xəbərlərin həqiqəti əks etdirmədiyini bəyan edib. Tramp administrasiyasının müdafiə nazirinə etimadının davam etdiyini bir daha nümayiş etdirib.

//Samir Qurbanov, Editor.az