Almaniyanın Leypsiq/Halle hava limanında partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatının hədəfinin Ukraynaya məxsus “Antonov” yük təyyarəsi olduğu iddia edilir.
Süddeutsche Zeitung nəşrinin hüquq-mühafizə orqanlarının məxfi hesabatına istinadən yaydığı məlumata görə, sözügedən təyyarə sursat daşıyırdı. Bildirilir ki, pilotsuz uçuş aparatının əsas hədəfi məhz bu yük təyyarəsi olub.
Xatırladaq ki, hadisə çərşənbə axşamı axşam saatlarında Leypsiq/Halle hava limanında baş verib. Təyyarənin yaxınlığında partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Hadisədən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və Almaniya hüquq-mühafizə orqanları insidenti mümkün təxribat aktı kimi araşdırır.
Rəsmi qurumlar təyyarənin yükü ilə bağlı məlumatı hələlik təsdiqləməyiblər.
//Samir Qurbanov, Editor.az

