Zelenski: Ukraynanın öz ballistik raketləri 2026–2027-ci illərdə hazır ola bilərbackend

Zelenski: Ukraynanın öz ballistik raketləri 2026–2027-ci illərdə hazır ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkə 2026–2027-ci illərdə öz ballistik raket proqramı və raketdən müdafiə sistemi üzrə mühüm nəticələr əldə etməyi planlaşdırır.

Zelenskinin sözlərinə görə, bu istiqamətdə keçirilən müşavirədə Ukraynanın ballistik raket proqramı və FREYJA adlı raketdən müdafiə layihəsinin icra vəziyyəti müzakirə olunub. O qeyd edib ki, öz ballistik raketlərini və müasir raketdən müdafiə sistemini yarada bilən ölkələrin sayı çox azdır, lakin Ukrayna bunun üçün zəruri elmi baza, texnoloji potensial və müdafiə sənayesi imkanlarına malikdir.

Prezident bildirib ki, proqramların sürətləndirilməsi üçün konkret iş qrafiki və məsul şəxslər müəyyənləşdirilib. Eyni zamanda, kritik komponentlərin əldə olunması, istehsalın lokallaşdırılması və beynəlxalq tərəfdaşlarla texnoloji əməkdaşlığın genişləndirilməsi əsas prioritetlər sırasındadır.
Zelenski əlavə edib ki, Ukrayna həmçinin tərəfdaş ölkələrlə PAC-2 və PAC-3 raketləri üzrə əməkdaşlığı davam etdirir və bu istiqamətdə də konkret nəticələr gözləyir.

//Samir Qurbanov, Editor.az