Rusiya ordusunun Ukraynaya raket hücumlarını intensivləşdirdiyi bir vaxtda Kiyevin Qərb ölkələrindən təcili zenit raketləri və hava hücumundan müdafiə vasitələri ilə bağlı çağırışları əvvəlki kimi nəticə vermir.
Bu barədə The New York Times (NYT) qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukrayna rəhbərliyi hava hücumundan müdafiə sistemləri və onlar üçün raket ehtiyatlarının artırılmasının həyati əhəmiyyət daşıdığını vurğulayır. Lakin Qərb ölkələri silah ehtiyatlarının məhdudlaşması və digər prioritetlər səbəbindən Kiyevin təcili müraciətlərinə əvvəlki səviyyədə cavab vermir.
Məqalədə qeyd olunur ki, Rusiya son aylarda Ukraynanın şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələri artırıb. Bu isə Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə olan ehtiyacı daha da artırır.
The New York Times hesab edir ki, əlavə zenit raketlərinin tədarükünün gecikməsi Ukraynanın kritik infrastrukturunun və mülki əhalisinin müdafiəsini çətinləşdirə bilər.
//Samir Qurbanov, Editor.az

