Ukrayna Nazirlər Kabineti elektrik enerjisinin daha səmərəli paylanmasını təmin etmək məqsədilə yeni qərar qəbul edib.
Bu barədə Ukraynanın baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal məlumat verib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, kritik əhəmiyyətli obyektlərin siyahısı artıq qış və yay mövsümləri üçün ayrıca formalaşdırılacaq. Bu yanaşma mövsümi enerji tələbatını daha dəqiq nəzərə almağa və elektrik enerjisinin daha effektiv bölüşdürülməsinə imkan verəcək.
Şmıqal bildirib ki, dəyişikliklər enerji sisteminin dayanıqlığını artırmağa, mövcud resurslardan daha səmərəli istifadə etməyə və istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmağa yönəlib. Yeni mexanizmin xüsusilə pik istehlak dövrlərində enerji təchizatının idarə olunmasını asanlaşdıracağı vurğulanıb.
//Samir Qurbanov, Editor.az

