Azyaşlının bahalı telefonunu əlindən alıb satan gənci polis yaxaladı – ANBAAN VİDEObackend

Azyaşlının bahalı telefonunu əlindən alıb satan gənci polis yaxaladı – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs yetkinlik yaşına çatmayan zərərçəkənin əlində olan, dəyəri 1 750 manat təşkil edən “iPhone 16” mobil telefonu alaraq hadisə yerindən uzaqlaşıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 18 yaşlı İbrahim Əbilov müəyyən edilərək saxlanılıb. Onun ələ keçirdiyi mobil telefonu metronun “20 Yanvar” stansiyasının yaxınlığında satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.