Rumıniyada Ukraynaya maliyyə dəstəyi ilə bağlı açıqlama: Büdcə buna imkan vermirbackend

Rumıniyada Ukraynaya maliyyə dəstəyi ilə bağlı açıqlama: Büdcə buna imkan vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın müxalifətdə olan “Rumınların Birləşməsi Alyansı” (AUR) partiyasının sədr müavini Dan Dunqaciu ölkəsinin artıq Ukraynaya maliyyə dəstəyini əvvəlki kimi davam etdirmək imkanında olmadığını bildirib.

O, Digi24 telekanalına müsahibəsində Rumıniyanın ciddi büdcə problemləri ilə üzləşdiyini vurğulayaraq, mövcud iqtisadi vəziyyətdə xarici ölkələrə maliyyə yardımının davam etdirilməsinin mümkün olmadığını deyib.

Dunqaciu bildirib ki, Rumıniya ilk növbədə öz maliyyə sabitliyini təmin etməli, bundan sonra xarici öhdəlikləri nəzərdən keçirməlidir. Onun sözlərinə görə, hazırkı şəraitdə Ukraynaya və digər ölkələrə maliyyə dəstəyinin davam etdirilməsi dövlət büdcəsinə əlavə yük yaradır.

//Samir Qurbanov, Editor.az