Ayda nəhəng krater aşkar edildibackend

Ayda nəhəng krater aşkar edili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın kosmik agentliyi NASA “Lunar Reconnaissance Orbiter” (LRO) aparatının Ayda nəhəng bir krater aşkar etdiyini açıqlayıb.

Editor.az xəbər verir ki, krater təxminən iki il əvvəl baş vermiş güclü toqquşma nəticəsində yaranıb.

Kosmik aparat ətraflı təsvirlər əldə etdi və kəşf bu ilin əvvəlində təsdiqləndi. Dik yamacları ilə seçilən bu kraterin təxminən 222 metr diametrə və 43 metr dərinliyə malik olduğu müəyyən edildi. Günəş sistemində yaxın keçmişdə yaranmış “ən böyük zərbə krateri” kimi tanınan bu obyektə Hyustondakı Ay və Planetlər İnstitutunun keçmiş direktoru Tomas MakGeçinin (Thomas McGetchin) adı verilib.

//Dəniz Pənahova, Editor.az