2022-ci ilin sentyabrında Ermənistanı itirəcəkdik – Paşinyanbackend

2022-ci ilin sentyabrında Ermənistanı itirəcəkdik – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT üzvlüyünün dondurulmasından sonra demək olar ki, bütün silah bazarları Ermənistan üçün açıldı.

Editor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“2022-ci il Praqa Sazişindən sonra Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıdı. KTMT-də üzvlüyün dondurulmasından sonra isə demək olar ki, bütün silah bazarları bizim üçün açıldı.

2022-ci ilin avqust ayına olan vəziyyətə görə heç bir ölkə Ermənistana silah satmırdı. Hətta pulu əvvəlcədən ödənilmiş silah sistemləri belə Ermənistana təhvil verilmirdi”, – o bildirib.

Paşinyanın sözlərinə görə, bundan əlavə, satılan silahların Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə oluna biləcəyi ilə bağlı narahatlıq ifadə edilirdi:

“28 may hərbi paradından sonra heç bir qonşu ölkə problem yaratmadı, çünki Ermənistanın öz ordusunu beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda, sülhməramlı missiyalar istisna olmaqla, istifadə etməyəcəyi açıq-aydın idi.

Əvvəlki düşüncə tərzi daim təhlükəsizlik çağırışları yaradıb. Üstəlik, biz buna təhlillər aparmaq yolu ilə deyil, həyatın bizi buna məcbur etməsi nəticəsində gəlib çıxmışıq. 2022-ci ilin sentyabr hadisələrindən sonra aydın oldu ki, düşüncə modelimizi dəyişməsək, Ermənistanı itirəcəyik. 2022-ci ildə biz Ermənistanın dövlətçiliyini, suverenliyini və müstəqilliyini itirmək ərəfəsində idik. Biz bunu nəzərə almalıyıq.

2022-ci ilə qədər təhlükəsizlik düsturu primitiv idi, çünki cəmi bir cümlədən ibarət idi: “KTMT bizim təhlükəsizliyimizi təmin edəcək”. Bu cümlənin nə davamı, nə də ön sözü var idi. Bu, bir komponentdən ibarət sistem idi.

Döyüş qabiliyyətli ordusu olmayan ölkə təcavüz hədəfinə çevrilə bilər. Buna görə də, onun sözlərinə görə, Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisini müdafiə etmək üçün döyüş qabiliyyətli ordu qurur”.