İşsiz şəxslərin nəzərinə: 478 manat…backend

İşsiz şəxslərin nəzərinə: 478 manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 478,7 manat olub.