Avropanın ən yaşlı kişisi 112 yaşında vəfat edibbackend

Avropanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada yaşı rəsmən təsdiqlənmiş ən yaşlı kişi olan italiyalı Vitantonio Lovallo 112 yaşında vəfat edib.

Editor.az xəbər verir ki, İkinci Dünya Müharibəsi illərində Almaniyada əsir saxlanılan Lovallo hətta 100 yaşını keçdikdən sonra da üzüm bağında işləməyə davam edirdi.

Gerontologiya Araşdırmaları Qrupunun (GRG) məlumatlarına əsasən, Lovallo sentyabrın 15-də İtaliyanın cənubundakı Bazilikata bölgəsində yerləşən Avilyanoda vəfat edib. 1914-cü il martın 28-də anadan olmuş Lovallo 112 il 171 gün ömür sürüb.

//Dəniz Pənahova, Editor.az