Bu günlərdə işə getməyəcəksiniz – TARİXLƏR AÇIQLANDIbackend

Bu günlərdə işə getməyəcəksiniz – TARİXLƏR AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin başa çatmasına az vaxt qaldığı üçün qarşıdakı aylarda Azərbaycanda bir neçə qeyri-iş günü olacaq.

NOCOMMENT.az xəbər verir ki, beşgünlük iş həftəsi ilə çalışanları ümumilikdə 4 istirahət günü gözləyir.

Əmək Məcəlləsinin tələblərinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, noyabr və dekabr aylarında bir sıra əlamətdar günlər rəsmi qeyri-iş günü hesab olunur.

Belə ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 31 dekabr isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilir və bu tarixlərdə iş günü olmayacaq.

Bu il noyabr ayında əlavə istirahət günü də yaranır. Çünki 8 və 9 noyabr tarixləri həftəsonuna təsadüf edir. Bununla əlaqədar beşgünlük iş həftəsində çalışanlar üçün 10 noyabr da istirahət günü olacaq.

Nəticədə noyabr ayında vətəndaşlar 8, 9 və 10 noyabr tarixlərində ardıcıl üç gün istirahət edəcəklər. Daha sonra ilin sonuncu qeyri-iş günü olan 31 dekabr gəlir.

Qeyd edək ki, 2026-cı il üzrə beşgünlük iş həftəsində ümumilikdə 241 iş günü və 107 istirahət günü müəyyən edilib. 40 saatlıq iş həftəsi üzrə illik iş vaxtı norması isə 1922 saat təşkil edir.