Belçikada 58 yaşlı millət vəkili Frederik Erens Brüsseldəki Flamand Parlamentinin tualetində təxminən 13 saat bağlı qalıb.
Editor.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Brüssel Tayms” məlumat yayıb.
Məlumata görə, deputat tualetin qapısında kilidin nasaz olması səbəbindən içəridə qalıb. Nəfəs almaqda çətinlik çəkən Erens havasızlıqdan qorunmaq üçün metal əşya ilə qapıda dəliklər açıb.
Gecəni orada keçirən millət vəkili səhər xəstəxanaya aparılıb.

