ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun sonunda Vaşinqtonda növbəti görüşü keçiriləcək.
Məlumata görə, görüş ABŞ paytaxtında baş tutacaq. Bu barədə Reuters agentliyi Ağ Evdəki adının açıqlanmasını istəməyən yüksəkvəzifəli rəsmiyə istinadən məlumat yayıb.
Görüşün gündəliyində Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyi, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, həmçinin münaqişənin diplomatik yollarla nizamlanması istiqamətində atılacaq növbəti addımların müzakirəsinin yer alacağı gözlənilir.
//Samir Qurbanov, Editor.az

