Bakı aeroportunda avtomobil yandıbackend

Bakı aeroportunda avtomobil yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

Bu barədə hava limanından məlumat verilib.

Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Axar.az