Bakı metrosunda qatarların hərəkətində gecikmə baş verib.
Bu barədə Oxu.Az-a məlumat daxil olub.
Qeyd olunub ki, artıq 15 dəqiqədir ki, qatarlar “Koroğlu” stansiyası ilə “Ulduz” stansiyası arasında dayanıb.
“Deyirlər ki, qarşıda nəsə problem var. Qatarda kondisioner də yoxdur. Nəfəs almaq olmur”, – deyə məlumatda bildirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən fakt təsdiqlənib.
“Problem “qırmızı xət”dədir. Yaxın zamanda xəbər veriləcək”, – deyə QSC-dən vurğulanıb.



