Səudiyyə neftinin Asiyaya çatdırılma müddəti Babül-Məndəb boğazının bağlanması halında 2,5 dəfə artaraq gediş-gəliş üçün təxminən 100 gün təşkil edə bilər.
“Report”un “Asahi”yə istinadən verdiyi məlumata görə, bunu Yaponiya Gəmi Sahibləri Assosiasiyasının məlumatları göstərir.
Yaxın Şərqdən Asiyaya neft tədarükü üçün ənənəvi marşrut olan Hörmüz boğazından keçən səfər əvvəllər gediş-gəliş üçün 40 gün çəkirdi. Alternativ marşrut kimi istifadə oluna biləcək Babül-Məndəb boğazından keçid də təxminən eyni müddət – 40-50 gün davam edir.
Hörmüz boğazının hazırkı blokadasından sonra Babül-Məndəb boğazının da bağlanması halında gəmilər Süveyş kanalı vasitəsilə, daha sonra isə Ümid burnunun ətrafından keçməli olacaqlar. “Asahi”nin qeyd etdiyi kimi, bu marşrut gediş-gəliş üçün təxminən 100 gün çəkəcək və nəticədə nəqliyyat xərclərinin qaçılmaz şəkildə artmasına səbəb olacaq.
Qırmızı dənizdəki Səudiyyə limanlarından Asiyaya istiqamətlənən gəmilər Yəmənin cənub-qərb ucunda yerləşən Babül-Məndəb boğazından keçməlidirlər.

