İsrail Livanın cənubundakı strateji əhəmiyyətli Əli ət-Tahir yüksəkliklərinə güclü zərbələr endirib.
Oxu.Az xəbər verir ki, məlumatı Livanın “Al-Wataniya” informasiya agentliyi yayıb.
Məlumata görə, İsrail Hadəsa və Haris yaşayış məntəqələri arasındakı əraziyə, həmçinin Nabatiyə rayonundakı Əli ət-Tahir yüksəkliklərinə intensiv artilleriya zərbələri endirib.
Bundan əvvəl İsrail ordusu Livanın cənubundakı Əli ət-Tahir ərazisində “Hizbullah” hərəkatının strateji yeraltı infrastrukturunu məhv etdiyini açıqlayıb.
Bununla yanaşı, İran KİV vasitəsilə İsrailin bu əraziyə zərbəsinin güc tətbiqinə əsaslanan cavaba səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Livan və İsrail iyunun 26-da Vaşinqtonda İsrail qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və həmin ərazilər üzərində nəzarətin Livan ordusuna qaytarılmasını nəzərdə tutan çərçivə sazişi imzalayıblar. Buna baxmayaraq, Livan ərazisinə zərbələr davam edir.

