Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib.
Avropa İttifaqının üzvü olan Macarıstanda homoseksual və lezbiyan cütlüklərin övladlığa uşaq götürməsi 2020-ci ilin sonunadək mümkün olub. Bunun üçün tərəfdaşlardan biri subay şəxs kimi müraciət etməli idi.
2020-ci ildə Orbanın sağçı “Fidesz” partiyasının qəbul etdiyi qanuna əsasən, subay şəxslərin övladlığa uşaq götürmə ilə bağlı müraciətləri ailə məsələləri üzrə nazir tərəfindən təsdiqlənməli idi ki, bu da faktiki olaraq qadağa ilə nəticələnib.

