Böyük Britaniyanın vəliəhd şahzadəsi Uilyam qardaşı Harri və onun həyat yoldaşı Meqan Marklın Böyük Britaniyaya qayıtmasına münasibət bildirib.
Oxu.Az bildirir ki, bu barədə “Us Magazine” nəşri mənbəyə istinadən məlumat verib.
“Onların (şahzadə Harri və Meqan Marklın) sakit və ləyaqətli şəkildə qayıdacaqlarına, drama yaratmayacaqlarına ümid edən nikbinlər var idi, lakin Uilyam krala nisbətən daha az nikbin idi və haqlı çıxdı. İndi o, “mən demişdim” hissini yaşayır”, – deyə tabloidin həmsöhbəti bildirib.
İnsayderin sözlərinə görə, şahzadə Uilyam hələ də qardaşı ilə danışmır və barışığa hazır deyil.
“Uilyam həmçinin Harrinin və Meqanın Keyt Middltona xərçənglə mübarizə apardığı dövrdə yaşatdıqları stresin təsirindən hələ də çıxa bilməyib. Sonda onda remissiya mərhələsi başladı, lakin onlar Böyük Britaniyaya qayıtdılar və hər kəs üçün daha da çox stres yaratdılar”, – deyə mənbə əlavə edib.
Sentyabrın 7-də Böyük Britaniya kralı şahzadə Harri və Meqan Marklın Britaniyaya qayıtmasından sonra onların statusuna aydınlıq gətirib. Bildirilib ki, kralın oğlunun və gəlininin ABŞ-də altıillik yaşayışdan sonra qayıtması onların statusunda heç nəyi dəyişmir.

