İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı bir-birinə zidd açıqlamalar verdiyini bildirib.
Pezeşkian BRICS+ tədbiri çərçivəsində “India Today” telekanalına müsahibəsində Trampın müxtəlif vaxtlarda səsləndirdiyi fikirlərə diqqət çəkib.
“Bir gün İranı məhv etmək istəyir, başqa gün deyir ki, biz dostuq. Bir gün bizi qəbul etdiyini deyir, başqa gün isə qəbul etmədiyini bildirir”, – deyə İran prezidenti qeyd edib.
Pezeşkianın sözlərinə görə, Vaşinqtondan gələn bu cür ziddiyyətli siqnallar Tehran üçün vəziyyəti mürəkkəbləşdirir.
O bildirib ki, İran belə şəraitdə gələcək addımlarında və mümkün danışıqlarda Trampın hansı açıqlamasını əsas götürməli olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Musavat.com

