Qazaxıstanda 1 oktyabr tarixindən qüvvəyə minəcək yeni “WhatsApp” qaydası “WhatsApp Business Platform”undan istifadə edən orta və iri miqyaslı şirkətlərə şamil ediləcək.
Editor.az-ın xəbərinə görə, şirkətlərə ayda 1000 pulsuz mesaj limiti veriləcək, bu hədd aşıldığı təqdirdə isə əlavə mesajlara görə ödəniş tələb olunacaq.
Bununla belə, fərdi “WhatsApp” istifadəçiləri bu qaydadan təsirlənməyəcək və tətbiqdən pulsuz istifadəni davam etdirəcəklər.
//Dəniz Pənahova, Editor.az

