Azərbaycan boksçusu Avropa çempionu oldu – FOTObackend

Azərbaycan boksçusu Avropa çempionu oldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan boksçusu Sübhan Məmmədov Avropa çempionu olub.

Editor.az  xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, 50 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-23 Avropa çempionatında yiyələnib.

Sübhan Məmmədov finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər üç raundu öz xeyrinə başa vuran Mamedov yekunda 4:1 hesabı ilə qalib gəlib. Hakimlərin verdiyi xallar 30:27, 29:28, 28:29, 30:27 və 29:28 olub.

Beləliklə, Azərbaycan boksçusu Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Azərbaycan boksçusu Avropa çempionu oldu - FOTO