Atalığı 3 yaşlı uşağı vəhşicəsinə döydü – Vəziyyəti ağırdırbackend

Atalığı 3 yaşlı uşağı vəhşicəsinə döydü – Vəziyyəti AĞIRDIR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən fiziki zorakılığa məruz qalıb.

Editor.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə bu səhər şəhər ərazisində baş verib.

2023-cü il təvəllüdlü Ə.Ə. müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Uşağa ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumata görə, valideynlər uşağın yaşıdları ilə oynayarkən xəsarət aldığını bildiriblər. Araşdırma zamanı isə 3 yaşlı uşağın atalığı tərəfindən döyüldüyü müəyyənləşib.

Aidiyyəti qurumlar uşağın səhhəti və təhlükəsizliyini nəzarətə götürüblər.

Faktla bağlı araşdırma aparılır.