ABŞ federal məhkəməsi CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırılması ilə bağlı qərarın icrasının dayandırılmasını tələb edib.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, hakim Tim Kelli media qurumlarının Ağ Evə girişinin məhdudlaşdırılmasının Konstitusiyaya zidd ola biləcəyini bildirib və jurnalistlərin girişinin bərpa edilməsinə dair qərar verib.
Tramp administrasiyası sentyabrın 18-də həmin media qurumlarının Ağ Evə girişini məhdudlaşdırmışdı. Lakin məhkəmə bu qərarın qanuniliyinə etiraz edən media təşkilatlarının müraciətini nəzərdən keçirib.
//Samir Qurbanov, Editor.az

