Pop-folk müğənnisi Vanya Velikova Bolqarıstanda oktyabrın 25-nə təyin edilmiş prezident seçkilərində ən diqqətçəkən namizədlərdən biri kimi önə çıxıb.
Editor.az-ın xəbərinə görə, prezidentliyə namizədliyini irəli sürən Velikova vitse-prezidentliyə namizəd kimi “Big Brother” şousundakı iştirakı ilə tanınan Panayot Kyuçukovu seçib; tələb olunan imzalar toplandıqdan sonra cütlüyün namizədliyi rəsmən qeydə alınıb.
Qeyd edək ki, ictimaiyyətə Vanya Velikova kimi tanınan pop-folk müğənnisi rəsmi olaraq İvanka Velikova Tsvetanova-Petkova adı ilə qeydiyyata alınıb. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının 22 sentyabr tarixli qərarına əsasən, Velikova müstəqil prezidentliyə namizəd kimi qeydiyyatdan keçib. Onun namizədliyi dəstəklənib.
//Dəniz Pənahova, Editor.az 

