Co Bayden HƏMAS-la Putini bir sıraya qoydu: ABŞ HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilməzbackend

Co Bayden HƏMAS-la Putini bir sıraya qoydu: ABŞ HƏMAS kimi terrorçuların və Putin kimi tiranların qalib gəlməsinə imkan verə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden əmindir ki, Fələstinin HƏMAS terror qruplaşmasının İsrailə hücumu və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın Ukraynaya müdaxiləsi ortaq motivlərə malikdir.

Editor.az bildirir ki, Bayden bunu oktyabrın 19-da Amerika xalqına müraciətində bildirib. “HƏMAS və Putin fərqli təhdidlər yaradır. Lakin onların bir ortaq cəhəti var: onların hər ikisi demokratiyanı tamamilə məhv etmək istəyir”, – Amerika lideri bildirib. ABŞ prezidenti qeyd edib ki, HƏMAS-la Fələstin xalqı arasında fərq var. O, terror qruplaşmasının “Fələstin xalqını təmsil etmədiyini” deyib və onu fələstinlilərdən canlı qalxan kimi istifadə etməkdə ittiham edib.

Bayden “Fələstinlilərin faciəvi şəkildə həlak olmasından ürəyi qırıldığını” bildirib və əlavə edib ki, Birləşmiş Ştatlar Fələstin xalqının ləyaqət və öz müqəddəratını təyinetmə hüququna sadiqdir. O vurğulayıb ki, ABŞ “Həmas kimi terrorçuların və Putin kimi tiranların” qalib gəlməsinə imkan verə bilməz.

“Tarix göstərir ki, terrorçular terrorun bədəlini ödəmədikdə, diktatorlar təcavüzün bədəlini ödəmədikdə, daha çox xaosa, ölümə və dağıntılara səbəb olurlar. Dünyada Amerika üçün bədəl və təhlükə davam edir. Əgər biz Putinin Ukraynada hakimiyyət və nəzarəti ələ keçirmə iştahını dayandırmasaq, bu, təkcə Ukrayna ilə məhdudlaşmayacaq”, – deyə Bayden yekunlaşdırıb.

Qeyd edək ki, Bayden xalqa müraciətində Ukrayna və İsraili dəstəkləmək üçün ABŞ Konqresinə təcili büdcə sorğusu göndərəcəyini bildirib və bu dəstəyi ABŞ üçün “ağıllı investisiya” adlandırıb.

//Samir Qurbanov, Editor.az