İtaliyanın Gənclər və İdman naziri Andrea Abodi 2026-cı il Dünya Kubokunda İranın əvəzinə İtaliyanın iştirak etməsi ilə bağlı səsləndirilən təklifi “uyğunsuz” adlandırıb.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib:
“İtaliyanın sonradan Dünya Kubokuna daxil edilməsi düzgün deyil. Bu turnuvaya yalnız meydanda haqq qazanaraq qatılmaq olar.”
Abodi əlavə edib ki, yarışın təşkilatçısı olan FIFA-nın belə bir addım atması “yalnız mümkünsüz deyil, eyni zamanda uyğun olmayan qərar” olardı.
Qeyd edək ki, martın 31-də Avropa seçmə mərhələsinin pley-off finalında səfərdə Bosniya və Herseqovinaya məğlub olaraq mübarizəni dayandıran İtaliya ardıcıl üçüncü dəfə Dünya Kubokundan kənarda qalıb. Bu fonda Zampollinin sözügedən təklifi ölkə ictimaiyyətində geniş rezonans doğurub.
//Gülnarə Abasova, Editor.az

