Bakıda naməlum kişi meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 02 radələrində paytaxtın Nizami rayonunun Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda qeydə alınıb. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

