Güclü yanğının baş verdiyi “Savalan” kimindir? – Fotolarbackend

Güclü yanğının baş verdiyi “Savalan” kimindir? – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Qəbələdə yerləşənən “Savalan– ASPI Winery” zavodunun ərazisində fəaliyyət göstərən Şərab Muzeyində yanğın baş verib.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, “Savalan– ASPI Winery” zavodunun həmtəsisçisi Fuad Seyidəliyev və Arif Rəhimovdur.

Şirkətin iki həmtəsisçisi olsa da, daha ön plandakı şəxs Fuad Seyidəliyevdir.

Fotoda Fuad Seyidəliyev və Arif Rəhimov

F.Seyidəliyev şirkət rəhbəri kimi tədbirlərə qatılıb, bir sıra təşkilatların keçirdiyi nominasiya üzrə qalib də olub.

Zavodun direktoru isə Əjdər Şəfizadədir.

Qeyd edək ki, son məlumatlara görə, şirkətin 350 hektarlıq üzüm bağı var. “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsinin illik faktiki istehsal gücü 500.000-600.000 ədəd butulka həcmindədir.