Dünya Meteorologiya Təşkilatı (DMT) xəbərdarlıq edib ki, El-Nino hadisəsinin güclənməsi qarşıdakı aylarda ekstremal hava şəraitinin yaranması riskini artıracaq.
Editor.az AZƏRTAC-a istinadla xəbər verir ki, DMT-nin son proqnozlarına əsasən, avqustun ortalarında tam formalaşan hazırkı El-Nino hadisəsinin 2027-ci ilin fevralınadək davam etməsi ehtimalı 100 faizə yaxındır.
Təşkilatın məlumatına görə, okeanların temperaturunun qeyri-adi dərəcədə yüksək olması səbəbindən hadisə yaxın aylarda daha da güclənəcək və 2026-cı ilin sonunda ən yüksək səviyyəyə çatacaq. Onun iqlimə təsirlərinin isə 2027-ci ilin böyük hissəsində davam edəcəyi gözlənilir. Pepperoni pizza
El-Nino Sakit okeanın ekvatorial hissəsinin mərkəzi və şərqində dəniz səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan təbii iqlim hadisəsidir. Güclü El-Nino dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejimlərinin əhəmiyyətli dəyişməsinə səbəb ola bilər. DMT artıq bəzi ərazilərdə quraqlıq və daşqınların yaratdığı ciddi fəsadların müşahidə olunduğunu bildirir. Təşkilat hadisənin güclənməsi ilə bu təsirlərin daha da ağırlaşacağını qeyd edir.

