İranın xarici işlər naziri Abbas Əraqçi iordaniyalı həmkarı Ayman Safadinin ABŞ-ın hücumlarından sonra Tehranın İordaniyanı hədəf almasını “əvvəlcədən planlaşdırılmış siyasət” kimi səciyyələndirməsinə reaksiya verib.
Editor.az-ın xəbərinə görə, Əraqçi ABŞ-ın hücumlarında İordaniya ərazisindən istifadə edildiyini qeyd edərək, İranın cavabının qanuni olduğunu müdafiə edib.
ABŞ-ın İrana qarşı hücumlarında İordaniyanın hava məkanı və ərazisindən istifadə edildiyini iddia edən Əraqçi, “Günahsız iranlıların ölümü ilə nəticələnən Amerika hücumlarında ərəb hava məkanı, ərazisi və sularından istifadə edildiyindən həqiqətən xəbərsizdirlərmi?”, — deyə sual edib.
Xatırladaq ki, ABŞ avqustun 30-da Fars körfəzindəki Lark adasına hücumlara başlayıb. İran da öz növbəsində İordaniyadakı Muvaffaq Salti və Kral Hüseyn hava bazalarını ballistik raketlərlə hədəf aldığını və hücumların mənbəyi olduğunu iddia etdiyini açıqlayıb.
//Dəniz Pənahova, Editor.az

