Səudiyyə Ərəbistanı Yəməndəki husilər tərəfindən ölkə ərazisinə atıldığı bildirilən 6 ballistik raketin ələ keçirildiyini açıqlayıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, raketlər Səudiyyə Ərəbistanının cənubundakı Taif və Qırmızı dəniz sahilində yerləşən Yanbu bölgəsini hədəfə alıb. Hadisədən sonra Ciddə və Məkkə də daxil olmaqla bir sıra ərazilərdə fövqəladə xəbərdarlıq siqnalları verilib.
İlkin məlumatlarda hücumlar nəticəsində ölən və yaralananların olub-olmadığı, eləcə də maddi ziyanın həcmi barədə dəqiq məlumat verilməyib. Hadisə Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda baş verib.
//Samir Qurbanov, Editor.az

