Ukraynada istifadə olunan Starshield peyk rabitəsi sisteminin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar ABŞ-da müzakirələrə səbəb olub.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, bu barədə göstərişin Ağ Evdən gəldiyi bildirilir.
Starshield ABŞ-ın hərbi və təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulan peyk rabitəsi sistemidir. Bu cür texnologiyalar hərbi qüvvələr arasında əlaqənin saxlanılması və pilotsuz uçuş aparatlarının idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Hadisə Ukraynanın hərbi əməliyyatlarda xarici texnologiyalardan asılılığını yenidən gündəmə gətirib. ABŞ-la Ukrayna arasında bu məsələ ilə bağlı yaranan suallar iki ölkənin hərbi əməkdaşlığının gələcəyi baxımından diqqət çəkir.
//Samir Qurbanov, Editor.az

