Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko bildirib ki, ABŞ bir neçə gün ərzində Ukraynaya müəyyən kəşfiyyat məlumatlarının ötürülməsini dayandırıb.
Onun sözlərinə görə, bu fasilə raket hücumları barədə xəbərdarlıqların alınmasına təsir göstərib.
Leşşenko qeyd edib ki, kəşfiyyat məlumatlarının vaxtında ötürülməsi Ukraynanın müdafiə sistemləri üçün xüsusi əhəmiyyət daşıyır. Belə məlumatlar mümkün hücumların əvvəlcədən müəyyənləşdirilməsinə və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə kömək edir.
Ukraynalı rəsminin açıqlamasına görə, məlumat mübadiləsi sonradan bərpa olunub. Hadisə ABŞ-la Ukrayna arasındakı hərbi əməkdaşlığın davamlılığı və kəşfiyyat məlumatlarının paylaşılması məsələsini yenidən gündəmə gətirib.
//Samir Qurbanov, Editor.az

