Argentina millisinin və ABŞ-ın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatının ilk turunda Əlcəzair yığmasına qarşı keçirilən görüşdə het-trik edərək tarixi nailiyyətə imza atıb.
Edıtor.az xəbər verir ki, 38 yaşlı forvard qarşılaşmanın ilk hissəsində Rodrigo De Paulun ötürməsindən sonra hesabı açıb. İkinci hissədə isə Aleksis Mak Allisterin zərbəsindən sonra qapı qarşısında ilk tamamlamanı dəqiq yerinə yetirən Messi, daha sonra Nikolas Qonsalesin məhsuldar ötürməsini qola çevirərək het-trikini rəsmiləşdirib.
Bu qollar sayəsində Messi dünya çempionatları tarixində vurduğu qolların sayını 16-ya çatdıraraq Almaniya millisinin sabiq hücumçusu Miroslav Klose ilə eyni göstəriciyə yüksəlib. Kloze artıq peşəkar karyerasını başa vurduğundan nəticəsini yaxşılaşdıra bilməyəcək. Messi isə turnirdə çıxışını davam etdirdiyi üçün rekordunu daha da inkişaf etdirmək imkanı əldə edib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək United States, Canada və Mexico ərazisində keçirilir. Bu mundial tarixdə ilk dəfə olaraq 48 milli komandanın iştirakı ilə təşkil olunur.
//Gülnarə Abasova, Editor.az


